Sosial
Daha 200 hərbi qulluqçu barədə QƏRAR VERİLDİ
Daha 200 şəhid hərbi qulluqçunun 318 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu günədək artıq 3758 şəhid üzrə 5144 vərəsəyə birdəfəlik ödəmə (11 min manat) verilib.
“Prezident cənab İlham Əliyevin mühüm sosial əhəmiyyət kəsb edən humanist təşəbbüsü olaraq şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunması sahəsində işlər davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 200 şəhid hərbi qulluqçunun 318 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib. Yaxın günlərdə müvafiq vəsait onların bank hesablarına köçürüləcək və bu barədə onların telefon nömrələrinə elektron qaydada sms-bildiriş göndəriləcək”,- deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli Fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin (o cümlədən vərəsələri 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələri də aid edilib.
Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268-ə çatıb.
Bu günədək artıq 3958 şəhid üzrə 5462 vərəsəyə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub və onlardan artıq 3758 şəhid üzrə 5144 vərəsəyə həmin ödənişlərin verilməsi təmin edilib.
-
Magazin219:48Məşhur azərbaycanlı müğənninin uşaqlıq görüntüsü yayıldı - VİDEO
-
Nida Xəbər 19:24445 min manatı mənimsəyən qadın Türkiyədən Azərbaycana gətirilir
-
Banklar 18:24Mərkəzi Bankla bağlı YENİ XƏBƏR - Dəyişiklik baş verdi
-
Region18:12Sahibə Qafarova və Alen Simonyan arasında qısa söhbət oldu
-
Cənubi Qafqaz16:42Ermənistanda kütləvi həbs: Rusiyaya bağlı siyasətçilər sıradan çıxarılır
-
Dünya15:50Yerin 15 kilometr dərinliyində aşkar edildi: İllərlə gizli qalıb
-
Yaxın Şərq15:43İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı




































