• USD 1,7000 0,00% EUR 1,9090 -0,31%
    • GBP 2,1180 -0,27% RUB 0,0241 +0,41%

Nazir şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüş keçirdi - FOTO

Nazir şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüş keçirdi

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb.

Publika.az xəbər verir ki , S.Babayev şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

O, dövlət başçısı tərəfindən keçən il və cari ilin ötən dövründə imzalanan fərman və sərəncamların da bu istiqamətdə əhəmiyyətli addımların atılmasına şərait yaratdığnı bildirib.

O ötən dövrdə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən, habelə əmək, məşğulluq, sosial təminat, əlilliyin qiymətləndirlməsi, reabilitasiya sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib: "Keçən şəhid ailələri və müharibə vetreranlarına 626 mənzil verilib, bu il isə 800-dən artıq mənzil verilməsi nəzərdə tutulub. Eyni zamanda, keçən il şəhid ailələrinə 250 avtomobil, bu il isə 170-180 avtomobil veriləcək. Milli Qəhrəmanlar 1500 manat təqaüd alır. Sosial müavinət və təqaüdlərə də yenidən baxılır, təkmilləşdirmə üzərində iş aparılır. Sosial təminat sahəsində 600- 700 milyon manat vəsaiti ayrılıb. 20 min nəfər müharibə veteranı təqaüd alır, şəhid ailəsindən 15 min nəfərə sosial müavinət ayrılıb. Sizlərlə birlikdə yeni proqramlar və təkliflərin hazırlanaraq hökümətə təqdim olunması məqsədlərimizdən biridir".

Nazir sosial müdafiə tədbirlərinin daha səmərəli və məqsədyönlü təşkili baxımından belə görüşlərin keçirilməsinə, müvafiq ictimai qurumlarla fikir mübadilələrinə, onlardan gələn rəy və təkliflərin öyrənilməsinə xüsusi önəm verildiyini deyib.

Görüşdə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşı, millət vəkili Flora Qasımova, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (İB) sədri Mehdi Mehdiyev, Qarabağ Qaziləri İB-nin İdarə Heyətinin üzvü Rey Kərimoğlu, Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin sədri Füzuli Rzaquliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli, Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Əlizadə və başqaları Prezident cənab İlham Əliyevin həssas qrupların rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə ediblər. Onlar belə görüşlərin ənənəvi xarakter almasını müsbət dəyərləndiriblər. Eyni zamanda, çıxışçılar rastlaşdığı problemlər haqqında məruzə edərək, öz tələb və təkliflərini irəli sürüblər.

Görüş sosial müdafiə sahəsində atılan addımlarla, aparılan islahatlarla bağlı müzakirələrin aparılması, rəy və təkliflərin bildirilməsi ilə davam edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR