Daha 8 ölkədə “ASAN xidmət” modelinin oxşarı yaradılacaq
Bizi izləyin

Sosial

Daha 8 ölkədə “ASAN xidmət” modelinin oxşarı yaradılacaq

"Azərbaycanın “ASAN xidmət” modelinin 8ölkədə oxşarı yaradılacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.

O, həmin ölkələrin adını açıqlamasa da, bununla bağlı danışıqların aparıldığını bildirib: "Biz həmin ölkələrlə əməkdaşlığa başlamışıq. Azərbaycanın “ASAN xidmət” modelinin həmin ölkələrdə fəaliyyət göstərməsinə nail olacağıq. Artıq Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi mexanizmi həyata keçirilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm