DGK-nın Akademiyasında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirildi
Bizi izləyin

Sosial

DGK-nın Akademiyasında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirildi

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

DGKA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki, aksiyada akademiyanın rəisi Qulu Novruzov, bu ali təhsil ocağının professor-müəllim heyəti və inzibati heyəti iştirak edib. Akademiyanın inzibati binasının yerləşdiyi Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesinin yol kənarına 100-dək müxtəlif ağac növləri əkilib.

Tədbir çərçivəsində ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb.

Aksiya zamanı evkalipt, şam, Eldar şamı, küknar, kiparis və digər ağac növləri əkilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm