Sosial
Şagirdin valideyni tərəfindən döyülməsinə görə araşdırma başladı
Bakının Yasamal rayonu ərazisində yerləşən 158 saylı tam orta məktəbdə təhsil alan şagirdlərdən birinin valideyn zorakılığına məruz qalması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.
O bildirib ki, faktla bağlı Yasamal Rayon İcra Hakimiyyətində yaradılmış monitorinq komissiyası vasitəsilə Dövlət Komitəsi tərəfindən araşdırmalar davam etdirilir: “Bununla bağlı bağlı Dövlət Komitəsinin Hüquq və Uşaq şöbələrində araşdırmalara başlanılıb. Hətta bütün məlumatlara malikik, sadəcə olaraq, hadisə ilə bağlı araşdırmalardan sonra yekun məlumat veriləcək”.
Qeyd edək ki, aprelin 15-də Bakının Yasamal rayonu ərazisində yerləşən 158 saylı tam orta məktəbdə təhsil alan ibtidai sinif şagirdi müəllimlərdən birinə müraciət edərək ayaqlarının ağrıdığını bildirib. Şagirdin bədəninə baxış keçirilən zaman onun hər iki ayağının yuxarı nahiyəsində çoxsaylı göyərmələrin olduğu müəyyən edilib. Uşaq evdə atası tərəfindən döyüldüyün etiraf edib. Uşağın müayinəsi məqsədilə təcili-tibbi yardıma müraciət olunub və azyaşlı xəstəxanada həkim nəzarətindən keçirilib.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO