Türkiyə saytları: Biz artıq 10 milyonuq - FOTO
Bizi izləyin

Sosial

Türkiyə saytları: Biz artıq 10 milyonuq - FOTO

Türkiyənin şərq və cənubi-şərq bölgəsinin aparıcı kütləvi informasiya vasitələri Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı geniş məqalə yayıblar. Məqalədə Azərbaycanın müstəqilliyinin bərpası prosesi, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, o cümlədən ölkəmizdəki müasir inkişafın dinamikasından, həmçinin əhalinin təbii artım tempinin qorunmasından bəhs olunur.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, www.gazetekars.com, www.karstanhavadis.com, www.igdirim76.com, www.karsmedyasi.com, www.kars36haber.com, www.serhatbirikim.com.tr, www.yesiligdir.com və digər çox oxunaqlı xəbər portalları Azərbaycanın Qars şəhərindən baş konsulluğunun təqdim etdiyi yazı əsasında türkdilli oxuculara məlumat veriblər ki, aprelin 6-da ölkəmizin 10 milyonuncu sakin - Mehriban Həsənova dünyaya gəlib.

Məqalədə həmçinin Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizin on milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşməsinin Azərbaycan dövlətinin öz vətəndaşına doğma münasibətinin göstəricisi olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm