Sosial
FHN işçi axtarır
Fövqəladə Hallar Nazirliyi (FHN) Şirvan şəhəri üzrə boş qalmış sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar əlavə müsabiqə elan edir.
FHN-dən Publika.az-a verilən məlumata görə, müsabiqədə Şirvan şəhərində qeydiyyatda olan, həqiqi hərbi xidmət keçmiş, iyunun 30-dək 30 yaşı tamam olmamış, boyu 170 santımetr və yuxarı, tam orta və ya orta ixtisas təhsilli, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak üçün müraciət edən vətəndaşlar tərcümeyi-hal, şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənəd (attestat və s.), hərbi bilet, sağlamlıq haqqında arayış (Forma № 086), vərəm əleyhinə, dəri-zöhrəvi, ruhi əsəb xəstəlikləri və narkoloji dispanserlərdən arayış təqdim etməlidirlər.
Sənədlər Şirvan şəhər Dövlət Yanğından Mühafizə dəstəsinin inzibati binasında (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) mayın 17-də saat 10:00-dan 17:00-dək qəbul olunur.
Vətəndaşlar fiziki hazırlıq üzrə yoxlamada iştirak etmək üçün uyğun geyimdə (idman ayaqqabısı və s.) olmalıdırlar.
Əlavə məlumat üçün (012) 512-05-92 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq