Baş prokurorun birinci müavini Daşkəsənə gedəcək
Bizi izləyin

Sosial

Baş prokurorun birinci müavini Daşkəsənə gedəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il iyunun 7-də saat 10:00-da Daşkəsən rayon prokurorluğunun inzibati binasında Daşkəsən və Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirəcək.

Publika.az Baş Prokururluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Daşkəsən rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm