Sosial
Danışma və eşitmə qüsuru olan uşaqlara surdotərcümə ilə milli film nümayiş olundu - - FOTO
Oktyabrın 23-də Nizami Kino Mərkəzinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyinin və “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyinin dəstəyi ilə milli “Bir qalanın sirri” bədii filmi surdotərcümə ilə danışma və eşitmə qüsuru olan uşaqlara nümayiş olunub.
Nümayişdən əvvəl layihənin rəhbəri Cəsarət Hüseynzadə “Bir qalanın sirri” filminin surdo-tərcümə versiyasının Azərbacan Respbulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilən “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” layihəsi çərçivəsində hazırlandığını bildirib və gələcəkdə maarifləndirici videoların, cizgi filmlərinin surdotərcumə ediləcəyini qeyd edib.
Daha sonra çıxış edən dövlət qurumlarının nümayəndələri və vətəndaş cəamiyyəti təşkilatları rəhbərləri nazirliyin dəstəyi ilə həyata keçirilən layihənin əhəmiyyətindən danışıblar.
Film, tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.
Xatirladaq ki, Azərbaycanda ilk dəfə və davamlı olaraq surdotərcüməli filmlər Nizami Kino Mərkəzində təmənnasız nümayiş olunur.
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR