Sabiq icra başçısı oğluna elə bir toy etdi ki… - VİDEO
Bizi izləyin

Sosial

Sabiq icra başçısı oğluna elə bir toy etdi ki… - VİDEO

Ötən gün Bakının dəbdəbəli “Buta Palas” (Buta Palace) restoranında iş adamının oğluna məxsus olduğu bildirilən məşhur toyun əsl sahibi aydınlaşıb.

Kult.az-a daxil olan məlumatda bildirilir ki, toy Quba rayonunun sabiq icra başçısı Rauf Həbibovun oğlu üçün keçirilib.

Sabiq icra başçısının oğlu Sərxan Həbibovun toyunda Rusiyadan Leonid Aqutin, Anjelika Varum, sirk ustaları, həmçinin, xalq artistləri Röya Ayxan, Aygün Kazımova, Miri Yusif kimi sənətçilər iştirak edib.

Gecənin aparıcısı Xəyyam Nisanov olub.

Restoranın xüsusi bəzədilməsi isə sosial şəbəkələrdə geniş müzakirə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm