Miqrasiya orqanlarına qəbulla bağlı keçirilən imtahanın nəticəsi açıqlandı
Bizi izləyin

Sosial

Miqrasiya orqanlarına qəbulla bağlı keçirilən imtahanın nəticəsi açıqlandı

Miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar tеst imtаhаnı baş tutub.

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Mərkəz tərəfindən dekabrın 21-də Dövlət Miqrasiya Xidməti (DMX) ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.

İmtahana yazılış noyabrın 18-dən dekabrın 16-dək aparılıb və bu müddət ərzində 252 namizəd qeydiyyatdan keçib.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq, 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda 243 namizəd iştirak edib. Test imtahanının nəticələrinə əsasən, 165 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm