Bu axşam Dənizkənarı parkda atəşfəşanlıq olacaq
Bizi izləyin

Sosial

Bu axşam Dənizkənarı parkda atəşfəşanlıq olacaq

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə dekabr ayının 31-i saat 24:00-da Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq təşkil olunacaq.

Publika.az-a xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) istinadən bildirir ki, şəhərin mərkəzi küçələri, Dənizkənarı Milli Parkın ərazısı və digər parklar bəzədilib, yolkalar qurulub, buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributların və simvollarının, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.

BŞİH sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də saat 24.00-da Dənizkənarı Milli Parka dəvət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm