Azərbaycanda Uşaq Səfirlər Məclisi yaradılır - Müsabiqə elan edildi
Bizi izləyin

Sosial

Azərbaycanda Uşaq Səfirlər Məclisi yaradılır - Müsabiqə elan edildi

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların da bu prosesə öz töhfəsini verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması məqsədilə “Uşaq Səfirlər Məclisi”nin yaradılmasını elan edir.

Komitədən Publika.az-a verilən məlumata görə, məclis üzvləri tərəfindən uşaq hüquqlarının müdafiəsi, uşaq inkişafı, həmçinin, uşaqları narahat edən məsələlər barədə müzakirələr aparılacaq, onların həlli istiqamətində təkliflər irəli sürüləcək. Komitə məclis üzvü seçilmək arzusunda olan 14-18 yaş arasında olan uşaqları təşkil edilən müsabiqədə iştirak etməyə dəvət edir.

Məclis üçün bu linkə daxil olub qeydiyyatdan keçmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm