Sosial
Bu qida əlavələri satışdan çıxarıldı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə gətirilən bəzi bioloji fəallığa malik qida əlavələrində mineral maddə və vitaminlərin miqdarının dəfələrlə aşağı olduğunu aşkarlayıb.
Agentlikdən Publika.az-a verilən məlumata görə, idxal olunan bioloji fəallığa malik qida əlavələri üzərində Agentlik tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı bir sıra məhsulların tərkib analizləri həyata keçirilib. Sınaq nəticələrinə əsasən bu məhsulların tərkib göstəricilərinin etiket məlumatlarına uyğun olmadığı aşkar edilib.
Belə ki, Rusiya Federasiyasından idxal olunmuş “Siberian Super Natural Sport” Mega Essentials / “Siberian Super Natural Sport” Meqavitaminlərdə, “Vertex plus”, “Supradin Coenzim Q10, Türkiyə Cümhuriyyətindən idxal olunmuş “Mikroflorid” və “Gamino Forte”, “El Prodep”, “Chonzamin” və “Parametabol, şərbət”, “Optimin”, “Lipadrom” adlı bioloji fəallığa malik qida əlavələrində müxtəlif mineral maddələrin və vitaminlərin miqdarı qablaşdırma üzərində və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəyində göstərilən miqdarlardan dəfələrlə aşağı olduğu aşkarlanıb. Bununla da istehlakçıların aldadılması hallarının baş verməsinin qarşısının alınması məqsədilə həmin qida əlavələrinin satış şəbəkələrinə daxil olunmasının qarşısı alınıb və ölkə ərazisində istifadəsi qadağan edilib.
Hazırda aşkar olunmuş faktlar əsasında Agentliyin mütəxəssisləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalar aparılır:
"Qida Təhlükəsizliyi Agentliyi bir daha vətəndaşlardan satış şəbəkələrində sözügedən əmtəə nişanlı bioloji fəallığa malik qida əlavələrinin satışı ilə rastlaşsalar və ya bununla bağlı hər hansı şübhəli məqam müşahidə etsələr, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələrini xahiş edir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək".
-
Nida Xəbər 12:41Əli Əsədov qərar imzaladı
-
Nida Təhlil 12:35Qarabağ təcrübəsi beynəlxalq urbanizasiya üçün nümunədir
-
Dünya11:50Tramp oğlunun toyuna gedəcək? - Getsəm də tənqid olunacağam, getməsəm də
-
ABŞ11:12"Əzrayıl" məhkumun damarını tuta bilmədi, ölüm hökmü bir il təxirə salındı
-
Region10:06Putin Azərbaycana gələ bilər, Zelenski Ermənistana yox? - Paşinyandan Rusiyaya cavab
-
Magazin208:48Bred Pittin sevgilisi ilə çəkdirdiyi fotolar müzakirələrə səbəb oldu
-
Pul08:122026-cı il üçün dolların maksimum məzənnəsi AÇIQLANDI
-
Magazin206:16“Koçari” sevgilisindən ayrıldı - VİDEO



































