Sosial
Övladlara da 190 MANAT VERİLƏCƏK - RƏSMİ/VİDEO
Video əlavə olunub.
***
İşsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) ailədə əmək qabiliyyətli, lakin faktiki işsiz olan və sosial ödəniş almayan övladlara da veriləcək.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəın Publika.az-a verilən məlumata görə, əgər ailədə ər və arvad ikisi də işsizdirsə, onlardan birinə, eyni zamanda ailənin digər üzvləri (məsələn ailənin oğlu və ya qızı) işsizdirsə və sosial ödəniş almırsa, onlara da veriləcək.
2020-ci il 1 aprel tarixinə qədər işsiz kimi qeydiyyata alınanlarla yanaşı, xüsusi karantin rejiminin davam etdiyi dövrdə də işsiz kimi qeydiyyata alınan şəxslər də bu birdəfəlik ödəməni alacaqlar. Artıq bir dəfə müraciət etmiş şəxsin təkrar müraciətinə ehtiyac yoxdur.
Həmçinin şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslər üçün də xüsusi karantin rejimi dövrünə müraciət imkanı yaradılıb. Belə ki, onların şəxsiyyət vəsiqəsinin müddəti xüsusi karantin rejiminin sonunadək uzadılıb.
Birdəfəlik ödəmə ilə bağlı müraciət imkanlarını bir daha xatırladırıq:
e-sosial.az portalında “e-xidmətlər” bölməsinə daxil olaraq “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” linkinə daxil olaraq. Bunun üçün “ASAN imza” və ya elektron imza tələb olunur.
rahat yolu:e-sosial.az portalında“onlayn müraciət”bölməsindən istifadə etməkləhər hansı bir qeydiyyat proseduru tələb olunmadan işsiz və ya işaxtaran kimi uçota alınmaq olar. Burada müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçmək lazımdır. İnternetə çıxış imkanları olmayan işsizlər isə qeydiyyata alınmaq üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzlərinin telefon nömrələrinə (Telefon nömrələri: http://sosial.gov.az/laq-nomrlri) zəng edə bilərlər.
Ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin 12 aprelədək olan dövr üçün QRAFİKi də təqdim edilib (http://sosial.gov.az/post/3321). Hələ ki, vətəndaş olduğu rayon üzrə qrafikdə qeyd edilən gün e-qaydada müraciət edir. Sonrakı günlərdə isə hər bir işsiz şəxs istənilən gün e-qaydada müraciətini edə biləcək.
Video: Sevinc Xanqızı
-
Region01:21
Türkiyənin ən yaşlı insanı 117 yaşında VƏFAT ETDİ
-
İdman00:30
Ronaldonun saat brendi: modellərdən birində görün nə var - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gizli müsbət imkanlar ortaya çıxa bilər
-
Avto13 Oktyabr 23:36
Alverçilərə bəd, maşın almaq istəyənlərə ŞAD XƏBƏR - Artıq Azərbaycanda da mümkün oldu
-
Magazin113 Oktyabr 22:36
Günay yeni fotoları ilə diqqət çəkdi -
-
Magazin113 Oktyabr 21:36
Azərbaycanlı gəlin Vandamın vəfat edən anasından yazdı: "Nəvənizə yaxşı baxacam" - FOTOLAR
-
Sosial13 Oktyabr 21:12
Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ
-
İdman13 Oktyabr 20:24
28 yaşlı idmançı qəflətən VƏFAT ETDİ - FOTO