Fəaliyyətinə icazə verilən sahələrin xidmətlərindən yararlanmaq üçün bu koddan istifadə edilməlidir
Bizi izləyin

Sosial

Fəaliyyətinə icazə verilən sahələrin xidmətlərindən yararlanmaq üçün bu koddan istifadə edilməlidir

Aprelin 5-dən etibarən icazə.e-gov.az portalı vasitəsilə 780 minə yaxın vətəndaşa icazə verilib. Bu günədək 8103 SMS icazə sistemi vasitəsilə isə 20 milyon SMS qəbul olunub.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev aprelin 25-də keçirilən brifinqdə deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Gündəlik 1 milyon civarında SMS qəbul edirik. Təxminən 700-800 min insan SMS vasitəsilə icazə alıb öz zəruri işlərini görə bilir. Nazirlər Kabinetinin qərarına əsasən aprelin 27-dən SMS-lə icazə müddəti 2 saatdan 3 saata qədər artırılıb. Vətəndaşlar həmin tarixdən etibarən “ASAN xidmət” və fəaliyyətinə icazə verilən digər sahələrin xidmətlərindən yararlanmaq üçün “2” kodundan istifadə edəcəklər”, - deyə agentliyin sədri bildirib. (azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm