Təkrar məhdudiyyətlər tətbiq oluna bilər - Ramin Bayramlı
Bizi izləyin

Sosial

Təkrar məhdudiyyətlər tətbiq oluna bilər - Ramin Bayramlı

Karantin rejimində təkrar məhdudiyyətlər tətbiq oluna bilər.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, xüsusilə bayram günlərində bu məhdudiyyətlər tətbiq oluna bilər: "Bununla bağlı müraciət hazırlanır. Eyni zamanda, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra testlər mütəmadi olaraq aparılacaq. 10-14 gün sonra növbəti mərhələlələrlə bağlı qərarlar qəbul ediləcək".

O bildirib ki, SMS icazənin ləğvi əvvəlki sosial həyata dönməyimizin lazım olduğunu bildirmir: "Vətəndaşları məsuliyyətli olmağa çağırırıq. Restoran və kafelərin fəaliyyəti ilə bağlı TƏBİB-in müvafiq medodik göstərişləri var. Bəzi kafelərdə və müəyyən xidmət müəssisələrində qəlyandan istifadə qadağası qalmaqdadır. Bu qayda pozularsa, əlavə tədbirlərin görülməsi qərarlaşdırılıb" .

Ramin Bayramlı əlavə edib ki, bu tədbirlər gündəlik həyatımızın davam etməsinə imkan verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm