Koronavirusa yoluxan yazıçı reanimasiyaya yerləşdirildi
Bizi izləyin

Sosial

Koronavirusa yoluxan yazıçı reanimasiyaya yerləşdirildi

Koronavirusa yoluxan yazıçı Noyzalı Əliyev Ağciyər Xəstəlikləri İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva sosial media hesabında yazıb.

O bildirib ki, TƏBİB rəsmilərinə müraciətdən sonra N.Əliyevin müalicəsi üçün onun reanimasiyaya yerləşdirilməsinə qərar verilib.

“Ötən gün və bu gün Noyzalı müəllimlə bir neçə dəfə danışdıq. İnşallah, Allahın yardımı, həkimlərimizin dəstəyi və insanlarımızın duaları ilə yaxın zamanda sağlamlığına qovuşar. Xəstəxananın rəhbərliyi ilə də danışdıq. Noyzalı müəllimin yüksək səviyyədə müalicəsi və sağalması üçün əllərindən gələni edəcəklərini dedilər. Allahdan Noyzalı müəllimə şəfa diləyirik. Dualarınızı əskik etməyin”, - deputat qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm