Orduya dəstək aksiyası yoluxmaya necə təsir göstərib?
Bizi izləyin

Sosial

Orduya dəstək aksiyası yoluxmaya necə təsir göstərib?

"Pandemiyadan bilavasitə zərərçəkən vergi ödəyiciləri iqtisadiyyat nazirliyi tərəfindən müəyyən edilib. Kinoteatr da bu sahələrdəndir".

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib:

"İqtisadi yardımların göstərilməsi üçün ikinci mərhələ başlayır. Burada dövlətin əsas məqsədi işçilərin ixtisara verilməməsidir".

O qeyd edib ki, karantin rejimin qaydalarına əsasən, insanların sıx toplaşdığı sahələrin fəaliyyəti bərpa edilmir:

"Lakin bu yumşalmalar bizi rahatlaşdırmamalıdır. Məsələn, 14 iyun orduya dəstək aksiyası baş tutdu. Bu çox qürurverici hal idi. Lakin biz burada insanların sıx toplaşmasının şahidi olduq. Bəlkə də o aksiya olmasaydı, biz daha müsbət hallar qarşılaşa bilərdik. Eyni zamanda karantin rejimində yas mərasimləri təşkil olunur ki, ən çox yoluxma halları burada baş verir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm