Sosial
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bakıda orta məktəb müəllimi olan 58 yaşlı qadın ilk övladını dünyaya gətirib.
Publika.az xəbər verir ki, bu, Bakıda ikinci belə haldır: başqa bir qadın 64 yaşında ana olmuşdu.
Həkim etikası çərçivəsində qadının adı açıqlanmır. Həkim-ginekoloq Elnurə Mustafayevanın sözlərinə görə, onun nəzarəti altında olan pasiyent ekstrakorporal mayalanma prosedurundan sonra hamilə qalıb.
Qadın 45 yaşında ailə qurub. Bu illər ərzində o, təbii yollarla hamilə qalmağa cəhd göstərib.
“Bu fakt – qeyri-adidir. Hər qadının başına belə hal gələ bilməz. Bu yaşda bir çox pasiyentlərimizə müalicə yazmaqdan çəkinirik, ancaq bu qadın, bir növ, fenomen oldu. Yəni onun səhhəti uşaq doğmağa imkan verdi. Bundan başqa, onun heyrətamiz iradəsi var”, - deyə həkim bildirib.
Düzdür, qadının sağlamlığında bəzi problemlər olsa da, o, öhdəsindən gəlib və birinci ekstrakorporal mayalanmadan sonra hamilə qalıb.
Məlumdur ki, süni mayalanma 100 faiz hamilə qalmağa zəmanət vermir.
“Ancaq bizim pasiyentimizin səhhəti uğurlu nəticə üçün, demək olar ki, ideal idi”, - Mustafayeva deyib.
Əlbəttə, 58 yaşında hamiləlik asan olmasa da, o, uğurla sonlanıb. Doğulan uşağa Fateh adı qoyulub.
Oğulla ananı artıq evə yazıblar. / "Sputnik"
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi