Kafe-restoranlarda hansı qaydalara əməl olunmalıdır?
Bizi izləyin

Sosial

Kafe-restoranlarda hansı qaydalara əməl olunmalıdır?

Sabahdan etibarən açıq havada fəaliyyət göstərəcək ictimai iaşə müəssisələrində mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır.

Publika.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, kafe və restoranlarda təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməli, müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələrlə, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir.

İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm