“Azercell” şəhidin ailəsini himayəyə götürdü
Bizi izləyin

Sosial

“Azercell” şəhidin ailəsini himayəyə götürdü

"Azercell" Vətən uğrunda gedən döyüşlərdə şəhid olan Röyal Cəfərovun ailəsini himayəyə götürüb.

Publika.az xəbər verir ki, qurum tərəfindən şəhidimizin həyat yoldaşı Firuzə Cəfərovanın bank hesabına övladlarının 18 yaşı tamam olana qədər hər ay 1000 AZN məbləğində pul köçürüləcək.

Qeyd edək ki, şəhidimizin Vətənə əmanət 3 yaşlı qızı və 3 aylıq oğlu var. Gələcəkdə ailənin digər ehtiyaclarının da diqqətə alınması nəzərdə tutulub.

Nəzərinizə çatdıraq ki, "Azercell" bundan öncə də şəhid ailələrinə və şəhid övladlarına təhsil xərcləri ilə bağlı köməklik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm