FHN işçilərinin Həmkarlar İttifaqı “YAŞAT” Fonduna 50 min manat köçürdü
Bizi izləyin

Sosial

FHN işçilərinin Həmkarlar İttifaqı “YAŞAT” Fonduna 50 min manat köçürdü

2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistanın son aylarda cəbhə bölgəsində törətdiyi hərbi təxribatlara cavab olaraq və onun təcavüzkar siyasətinə son qoymaq məqsədilə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz əks-hücum əməliyyatları həyata keçirmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən 28 ildən artıq işğal edilmiş tarixi doğma torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi ilə nəticələnmiş, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlıq göstərdiyi 44 günlük Vətən Müharibəsində Zəfər qazanılıb.

Fürsətdən istifadə edərək, işğal altında olan torpaqlarımızın Prezident İlham Əliyevin qətiyyəti, düşünülmüş siyasəti və Ordumuzun qəhrəmanlıq əzmi sayəsində düşmən tapdağından azad olunması, 30 ilə yaxın doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın yurdlarına dönəcəkləri münasibətilə başda cənab Prezident İlham Əliyev olmaqla bu tarixi Qələbənin qazanılmasında xüsusi payı olan Silahlı Qüvvələrimizi və Vətən müharibəsində milli həmrəylik nümayiş etdirmiş xalqımızı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı adından təbrik edirik.

Publika.az xəbər verir ki, bu barədə FHN-in yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Prezident İlham Əliyev 2020-ci il 8 dekabr tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun- “YAŞAT” Fondunun təsis olunması ilə bağlı Fərman imzalayıb:

"Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını fəda vermiş qəhrəmanlara və onların ailələrinə diqqət və qayğının göstərilməsini hər zaman öz fəaliyyətinin başlıca istiqamətlərindən birinə çevirmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı 2020-ci il 9 dekabr tarixində “YAŞAT” Fonduna ittifaqın büdcəsindən 50000 (əlli min) manat pul vəsaiti köçürüb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm