Sosial
Bu vəkillərə 2.6 milyon manat ödənildi
2020-ci ildə məhkəmə və cinayət prosesini həyata keçirən digər orqanlar tərəfindən qəbul edilmiş dövlət hesabına hüquqi yarıma görə vəkillərə ödənişi nəzərdə tutan ümumlikdə 21913 qərar icra edilib.
Publika.az xəbər verir ki, bu barədə Vəkillər Kollefiyasının 2020-ci il üçün hesabatında qeyd edilib.
İcra edilmiş həmin qərarlar üzrə ümumilikdə 2 milyon 664 min 167 manat vəsait istifadə olunub. Bu da dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsaitin 48 %-ni təşkil edir. İcra edilmiş qərarların faiz nisbəti isə 100 faiz təşkil edib.
Hesabatda qeyd edilib ki, Vətən müharibəsi zamanı Vəkillər Kollegiyasının 7 üzvü döyüşlərə qatılıb və Rəyasət Heyəti tərəfindən onların ailə üzvlərinə hərbidə olduqları müddət aylıq şəkildə maddi yardım göstərilib?
“O cümlədən əlamətdar haldır ki, Dövlət başçısının sərəncamları ilə vəkillərdən Kərimov Fərhad Azad oğlu “Cəsur döyüşçü”, Əzimov Rauf Nəriman oğlu isə "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif ediliblər. Eyni zamanda, Rəyasət Heyətinin müvafiq qərarına əsasən, vəkillər tərəfindən şəhid ailələrinə və yaralanmış qazilərə ödənişsiz hüquqi yardım göstərilməsi, o cümlədən məhkəmə proseslərində ödənişsiz təmsilçilik həyata keçirilməsi qət olunub. Həmçinin şəhid ailələrinin vəkil qurumuna getməsinə ehtiyac olmadan vəkillərin özlərinin həmin şəxslərin evlərinə getməklə yerində hüquqi yardımın göstərilmələri qərara alınıb”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 8 Oktyabr 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
-
Magazin18 Oktyabr 20:00"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - VİDEO







.png)




























