Sosial
Cərimələrdən daxil olan vəsaitlərlə bağlı QAYDALAR DƏYİŞDİ
Nazirlər Kabineti cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitdən istifadə Qaydasını təsdiq edib.
Publika.az xəbər verir ki, Nazirlər Kabinetinin 120 №-li Qərara dair izahına əsasən, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatının Probasiya xidmətinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Probasiya qurumunun və yerli probasiya qurumlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi Ədliyyə Nazirliyinin hesabına köçürülməsi müəyyən edilmişdir.
Bu vəsaitdən istifadə qaydasını müəyyən etmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir.
Qaydaya əsasən vəsaitin 50 faizi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatının Probasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Probasiya qurumunun və yerli probasiya qurumlarının işçilərinə hər ay əmək haqqına əlavələr formasında verilməklə istifadə ediləcək. Qalan vəsait isə Probasiya Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə istifadə olunacaq.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi