Sosial
Vaksinasiya haqqında təbliğat kampaniyası başladı - VİDEO
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün təbliğat kampaniyası həyata keçirir.
Publika.az xəbər verir ki, qurumların əsas məqsədi insanların diqqətini vacib olan məsələyə - vaksinasiyaya yönəltməkdir.
Kampaniya üçün nəzərdə tutulan video və radioçarxlar, çöl reklamları və çap materiallarında COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.
Kampaniya çərçivəsində işıq üzü görən ilk videoçarx toy mərasimi haqqındadır. İlk çarxın məhz bu mövzuda seçilməsi təsadüfi deyil. Sirr deyil ki, həm mənəvi, həm də maddi olaraq xalqımızın həyatında toy məvhumu önəmli yer almaqdadır və artıq 1 ildən çoxdur ki, davam edən pandemiya səbəbindən xalq özəl günlərini bayram edə bilmir. Əsas mesaj isə ondan ibarətdir ki, nə qədər çox insan peyvənd olunsa, biz öncəki - darıxdığımız həyata bir o qədər də tez qayıda bilərik.
Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Peyvənd olunaq - darıxdığımız həyatı qaytaraq. Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılmışdır.
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO










.jpg)



























