Sosial
Yol hərəkəti ilə bağlı mühüm layihə
Azərbaycan Avtomobil Federasiyası, “Regional İnkişaf” İctimai Birliyi, Təhsil Nazirliyi və Media Təhlil Mərkəzi Birləşmiş Millətlər Təşkilatının (BMT) 6-cı Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində beynəlxalq maarifləndirmə və təşviqat kampaniyasına qoşulub.
Publika.az xəbər verir ki, kampaniya çərçivəsində nəqliyyat axınının sıx olduğu küçələrdə, eləcə də məktəb ətrafı ərazilərdə sürət həddinin optimallaşdırılmasının vacibliyi qabardılır.
Küçələrdə sürət həddinin optimallaşdırılması BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərində və Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramında öz əksini tapan, yol nəqliyyat hadisələri sayının azaldılması məqsədinə nail olmaq baxımından da böyük əhəmiyyət daşıyır.
Yol hərəkəti təhlükəsizliyini vacib mövzu hesab edən və bu çağırışa dəstək olmaq istəyən hər bir kəs sosial şəbəkələrdə #love30 #sürətiazalt “hashtag”ləri ilə paylaşım edərək təhlükəsizlik həftəsinə qoşula bilər.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər










.jpg)



























