Sosial
Şəhid qızı hər kəsi ağlatdı - VİDEO
Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, iş adamı Mehmet Mutlu və YAŞAT Fondunun birgə həyata keçirdiyi, "Yeni Müsavat" Media Qrupunun dəstəklədiyi “Hədiyyə karvanı” Tovuz, Ağstafa, Gəncə, Gədəbəy, Göygöl, Goranboy və Naftalandan sonra Ağdama çatıb.
Publika.az xəbər verir ki, Türkiyə Uşaq Oyunları Federasiyasının nümayəndələri Salim İsot və Tuğba Baylan şəhid ailələrini evlərində ziyarət edib. Şəhid övladlarına hədiyyələr təqdim olunub, ailə üzvlərinə baş sağlığı verilib.
Qonaqları rayon icra hakimiyyətinin başçısının müavini Arzu Rəhimova qarşılayıb və şəhid ailələri ilə görüşlərdə də iştirak edib. Əvvəlcə rayonun Qasımbəyli qəsəbəsinin şəhidi, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş Elvar Qasımovun ailəsi ziyarət edilib. Daha sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş Elçin Mahmudovun ailəsinə baş çəkilib. İki valideynini itirən, özündən sonra Vətənə iki azyaşlı körpə əmanət edən şəhidin ailəsinə baş sağlığı verilib, övladlarına hədiyyələr təqdim olunub.
Quzanlı 1 qəsəbəsində isə könüllü olaraq cəbhəyə yollanan və şəhidlik zirvəsinə ucalan Elmir Əliyevin evi ziyarət edilib. Ziyarət zamanı şəhidimizin qızı atası üçün yazdığı şeiri oxuyub. Göz yaşlarını saxlaya bilməyən şəhid qızı, qonaqları da kövrəldib.
Sonda Ağdam şəhər məzarlığı da ziyarət olunub.
Qeyd edək ki, rayonun digər şəhid və qazilərinin övladlarının hədiyyələri siyahı əsasında YAŞAT Fondunun əməkdaşları tərəfindən təqdim olunacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
