Sosial
Həyət toyları bu qaydalarla keçiriləcək - DİN-dən AÇIQLAMA
Mağar və həyət toylarında cəmi 50 nəfər qonaq iştirak edə bilər. Tibbi maska mütləqdir, lakin qonaqlardan COVID-19 pasportu tələb olunmayacaq. Bu toylara nəzarəti isə polis əməkdaşları həyata keçirəcəklər.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev deyib ki, hətta COVID-19 pasportu olmuş olsa belə, həyətyanı sahələrdə keçirilən toylarda 150 nəfərə qədər şəxsin iştirakı mümkün deyil. Bu cür məclislər yalnız 50 nəfər üçün nəzərdə tutulub.
Elşad Hacıyevin sözlərinə görə, həyatyanı sahədə keçirilən məclislərdə hər hansı bir qanun pozuntusu qeydə alınarsa, həm toy yiyəsi, həm də qonaqlar cərimələnəcəklər.
Vətəndaşlar isə deyirlər ki, hazırda restoranlar menyuları çox baha qiymətə qoyublar. Əvvəllər 30-40 manata olan menyu indi 60-70 manata və daha baha qiymətə təklif olunur. Ona görə də hazırkı məqamda bütün şərtləri qəbul edib, həyətyanı sahədə toy etmək daha sərfəlidir.
Qeyd edək ki, bu məclislər üçün başqa heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Lakin qonaqlar sıxlıqdan çəkinməli, pandemiya qaydalarına maksimum əməl etməlidirlər.
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...











.jpg)
.jpg)





















.jpg)


