Kürdəmirdə 50-yə yaxın toy sahibi cərimələndi
Bizi izləyin

Sosial

Kürdəmirdə 50-yə yaxın toy sahibi cərimələndi

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

Publika.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri reydlər zamanı rayon ərazisində həyətyani sahəsində toy edərək karantin rejimini pozan 50-yə yaxın toy sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Reydlər rayonun müxtəlif kəndlərində həyata keçirilib.

Qeyd edək ki, polis əməkdaşları müətmadi olaraq karantin rejimini pozmağa çalışan toy sahibləri ilə maarifləndirici söhbətlər aparır və profilaktik tədbirləri davam etdirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm