Xırdalanda qaz problemi: Sakinlər evlərini tərk etməyə məcbur olur - MÜRACİƏT
Bizi izləyin

Sosial

Xırdalanda qaz problemi: Sakinlər evlərini tərk etməyə məcbur olur - MÜRACİƏT

Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən AAAF Park yaşayış kompleksinin 17 saylı küçəsinin sakinləri dövlət qurumlarına yenidən müraciət ünvanlayıblar.

Publika.az xəbər verir ki, 100-ə yaxın mənzil sahibi bildirib ki, 6 ildir həmin ünvanda yaşayırlar və mənzillərinə qaz verilmir: "Tərəfimizdən qaz sayğacının pulu da daxil olmaqla bütün komunal xərclər ödənilib. Biz bina sakinləri olaraq dəfələrlə AAAF Park şirkətinin ofisinə müraciət edib narazılığımızı bildirmişik, qarşılığında isə həqiqətə uyğun olmayan bəhanələrlə qarşılaşmışıq. Bu bəs deyilmiş kimi "bizlik bir şey yoxdu qaz idarəsi vermir", deyərək kobud şəkildə bizi ofisdən qovublar.

Bu ünvanda yaşayan sakinlər hələ də qaz balonundan istifadə edirlər və hər kəs çox yaxşı bilir ki, bu insan həyatı üçün çox böyük təhlükədir. Biz burada dəfələrlə yanğın hadisələri ilə qarşılaşmışıq. Əksər vaxtlar özümüz müdaxilə etmişik. Hətta bir yanğın hadisəsinə Fövqəladə Hallar Nazirliyi müdaxilə edib. Biz 6 ildir ki, qışın soyuğunda öz evlərimiz olduğu halda kirayə evlər axtarıb, başqa evlərdə köçüb qalırıq. Bəzi sakinlər isə öz evlərində qalır, lakin ayda 250-300 manat işıq pulu ödəməli olurlar".

Sakinlər qeyd ediblər ki, yaşayış kompleksinə qazın verilməsi AAAF Park rəhbərliyinin ödənişləri vaxtında həyata keçirməməsi səbəbindən mümkün olmur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm