“Zəfər yolu” layihəsi Gəncədə - FOTO
Bizi izləyin

Sosial

“Zəfər yolu” layihəsi Gəncədə - FOTO

“Zəfər”Şəhid Ailəlırinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Vətən müharibəsində qalibiyyətlə nəticələnən zəfərimizin 1-ci ildönümünə həsr edilmiş “Zəfər yolu” layihəsinin növbəti tədbiri Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində keçirilib.

Tədbirdə universitetin müəllim-tələbə heyəti, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Giriş sözü ilə çıxış edən “Zəfər” İB-nin sədri Sevinc Alızadə Vətən torpağının azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin daim Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını, qürur və fəxarətlə yad ediləcəklərini bildirib.

Universitetin prorektoru Yaşar Ömərov tədbir iştirakçılarını salamlayaraq vətənpərvərliyi təbliğ edən tədbirlərin gənc nəsil, tələbələr arasında keçirilməsinin vacibliyini vurğulayıb, hər bir gəncə nümunə olacaq qəhrəmanların həyat və döyüş yolunun tanıdılmasının əhəmiyyətini qeyd edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndəsi Hatəm Gülməmmədov çıxış edərək “Zəfər yolu” layihəsinin əhəmiyyətini açıqlayıb,Vətən müharibəsinin qəhrəmanlarına həsr edilmiş tədbirlərin gənc nəslə aşıladığı milli-mənəvi tərbiyənin müsbət təsirini qeyd edib.

Tədbirdə universitetin tələbə gənclərinin çıxışları da maraqla qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm