Sosial
“Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi keçirildi - FOTO
Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda 9 ölkənin iştirakı ilə keçirilən "Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi icra olunub.
Müdafiə Nazirliyindən Publika.az-a bildirilib ki, estafet yarışında komandamızın hər iki heyəti peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən bacarıqla gəliblər.
Hərbi qulluqçularımız növbəli şəkildə maneələr zolağını və minalanmış ərazini keçib, pulemyot, minaatan, qumbaraatan və avtomatlardan təyin olunan hədəfləri sərrast atəşlə məhv ediblər.
Mərhələni müvəffəqiyyətlə başa vuran artilleriyaçılarımız hakimlər komissiyasının qərarına əsasən müsabiqədə üçüncü yerə layiq görülüblər. Birinci və ikinci yerləri isə müvafiq olaraq Qazaxıstan və Rusiya komandaları tutub.
Qeyd edək ki, avqustun 23-də “Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçiriləcək.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."