Sosial
ANAMA sahə əməkdaşlarına təlim keçdi - FOTO
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) 12 nəfər sahə əməkdaşına Təlim və Metodoloji Təminat şöbəsinin mütəxəssiləri tərəfindən Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) əsasən EOD-1 “Partlayıcı Sursatların Məhvedilməsi” təlimi keçirilib.
ANAMA-dan Publika.az-a verilən məlumata görə, üç həftədən ibarət təlimlər zamanı mina və partlamamış hərbi sursatlarla davranış, təhlükə dərəcəsinə görə qiymətləndirmə, onların daşınması, partlayıcı maddələrlə tanışlıq, elektrik və qeyri-elektrik üsullarla zərərsizləşdirmə metodları, eləcə də bu istiqamətdə hesabatların tərtibatı üzrə bilik və bacarıqlar tədris edilir.
Nəzəri təlimləri əhatə edən iki həftəlik dərslər Agentliyin Göygöl Regional Mərkəzində, qabaqcıl təcrübə və metodların tətbiqi imkanlarından ibarət praktiki dərslər isə Horadiz Regional Mərkəzində keçirilib.
Müəyyən olunan qiymətləndirmə meyarları üzrə əməkdaşlar təlimləri müvəffəqiyyətlə başa vurub, “Partlayıcı Sursatların Məhvedilməsi” üzrə sertifikat əldə edib. Növbəti addım olaraq, əməkdaşlar partlayış qruplarının tərkibinə təhkim edilərək, əməliyyat zamanı aşkar edilən mina və partlamamış hərbi sursatların keçirilən EOD-1 səviyyəsinə uyğun olaraq tək-tək partlayış yolu ilə zərərsizləşdiriləməsini həyata keçirəcək.
Qeyd edək ki, ANAMA-nın sahə əməkdaşlarının mütəmadi olaraq ixtisasartırma təlimlərinə cəlb edilməsi kadr potensialının gücləndirilməsində, eləcə də Qarabağda aparılan təmizləmə əməliyyatlarının miqyasının artırılmasında mühüm rol oynayır.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)

























