Boşanmanın gizli səbəbi məlum oldu
Bizi izləyin

Sosial

Boşanmanın gizli səbəbi məlum oldu

Boşanmanın gizli səbəbi məlum oldu

Psixologiya üzrə fəlsəfə doktoru Alina Korolyova boşanmaların zahirən görünməyən səbəblərindən birini açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə “İzvestiya” nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, bəzən ər və ya arvadın ailəsində qəbul edilmiş ənənələr tərəfdaşı görməzdən gəlmək, gizli aqressiya nümayiş etdirmək və ondan uzaqlaşmaq üçün vasitəyə çevrilir.

“Gizli münaqişə qaçılmaz olaraq münasibətlərin pozulmasına gətirib çıxaracaq. Ər və ya arvadın ənənələrindən tərəfdaşa onun fərqli olduğunu və “öz çevrəsinə” aid olmadığını göstərmək vasitəsi kimi istifadə edilməsi yolverilməzdir”, - deyə Korolyova bildirib. O əlavə edib ki, qarşı tərəfin ailəsində qəbul edilmiş adətlərin lağa qoyulması həmin dəyərlərin heçə sayılması deməkdir.

Korolyova qeyd edib ki, ailədə bəzi mərasim və adətlər valideynlərdən mənimsənilə bilər, lakin ailənin təməlində ər-arvadın birlikdə formalaşdırdığı ənənələr dayanmalıdır. “Düzgün adətlərə” qayğı adı altında gizlədilən istənilən aqressiya isə zaman keçdikcə nikahı dağıdacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm