Sosial
Türk Ağsaqqalları Birliyi rəhbərliyi Həsən Həsənovla görüşüb - VİDEO
Sentyabrın 19-da “JW Marriott Absheron” otelinin konfrans zalında Türk Ağsaqqallar Birliyi- TAİB-in sədri, İdarə Heyəti və Qadınlar Şurasının üzvlərinin Azərbaycan Respublikasının sabiq baş naziri, Türk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının üzvü Həsən Həsənovla görüşü keçirilib.
Publika.az xəbər verir ki, TAİB-in təşçkilatçılığı və Milli Məclisin deputatı Ramil Həsənin də iştirak etdiyi görüşdə təşkilatın sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev göstərilən diqqətə görə Həsən Həsənova təşəkkürünü bildirib. Sudeyif İmamverdiyev TAİB-ın yaranmasından cəmi bir il keçməsinə baxmayaraq həyata keçirdiyi miqyaslı layihələrdən, eyni zamnda təşkilatın məqsəd və məramlarından söz açıb.
Sədr qeyd edib ki, TAİB-in məqsədi türk ölkələri arasında əlaqələrin inkişafına, xalqlar arasında inteqrasiya prosesinə vətəndaş cəmiyyəti təmsilçisi olaraq töhfə verməkdir: “Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev türk dövlətləri arasında birliyin möhkəmləndirilməsi, ölkələr arasında bütün sahələrə əməkdaşlığın genişləndirilməsi istiqamətində tarixi addımlar atır. Biz qeyri-hökumət təşkilatı olaraq bütün bunları yüksək qiymətləndiririk. Əlbəttə, çalışırıq ki, bu prosesdə vətəndaş cəmiyyətinin də iştirakı olsun. Bu məqsədlə həm Azərbaycanda, həm də müxtəlif türk dövlətlərində əhəmiyyətli layihələr, elmi-praktik konfranslar təşkil edirik”.
TAİB sədri Türk Dövlətləri Təşkilatı və onun yanında Ağsaqqallar Şurasının fəaliyyətini diqqətlə izlədiklərini və atılan addımları alqışladıqlarını da bildirib.
Öz növbəsində Həsən Həsənov Azərbaycanda belə bir təşkilatın yaranmasını və həyata keçirdiyi layihələri təqdir etdiyini vurğulayıb. O, qeyd edib ki, türk dünyası ilə bağlı proseslərdə QHT-lərin fəal olması müsbət haldır. TAİB-in fəaliyyətini digər türk ölkələrinə nümunə göstərmək lazımdır.
Həsən Həsənov onu da əlavə edib ki, TAİB-in türk ölkələrinin hamısında yaradılması ümumi işə ancaq xeyir gətirə bilər.
Milli Məclisin deputatı Ramil Həsən də çıxışında Türk Ağsaqqalları Birliyinin uğurlu fəaliyyətindən danışıb. TAİB-in nümayəndə Heyətinin tərkibində Şimali Kipr Türk Cümhuriyyəti və Naxçıvan Muxtar Respublikasına səfər etdiyini xatırladan Ramil Həsən təşkilatın kommunikasıya yaratmaq imkanlarından bəhs edərək TAİB-in təşkilatçılığı ilə türk ölklərində təşkil olunan tədbirlərin effektivliyinə da diqqət yönəldib.
TAİB-in İdarə Heyəti və İcra Aparatının təmsilçilərinin də çıxışından sonra planlaşdırılan layihələr, digər bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Həsən Həsənov TAİB təmsilçilərindən öz dəyərli tövsiyyələrini də əsirgəməyib.
Görüşdə TAİB-in fəaliyyətinin bir illiyinə həsr olunmuş videoçarx da nümayiş olunub.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



















.jpg)
.jpg)






