Əcnəbi tələbələr Şuşada - FOTO
Bizi izləyin

Sosial

Əcnəbi tələbələr Şuşada - FOTO

“Türkiyə, Pakistan, Slovakiya ABŞ, Böyük Britaniya, Hindistan, Çin, İran və Koreya Respunlikası da daxil olmaqla ümumilikdə 18 Ali təhsil müəssisəndəm 36 ölkədən 44 nəfər əcnəbi tələbənin Şuşaya səfəri təşkil olunub. İlk dəfə baş tutan səfər-tur Prezidentin xüsusi nümayəndəliyinin binasının qarşısındakı meydanda ucaldımış xalqımızın tanınmış mədəniyyət və incəsənət xadimləri Üzeyir Hacıbəyov, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş heykəl abidələrinin ziyarəti ilə başlayıb”.

Bu barədə Publika.az-a məlumat verən “İqtisadi və Sosial Araşdırmalara Dəstək” İctimai Birliyinin (İSAD) sədri, iqtisadçı-ekspert Eyyub Kərimli tədbirin “Biz Şuşanın səfiriyik” layihəsi çərçivəsində baş tutduğunu bildirib:

"Qonaqlara xalqımızın mədəniyyət beşiyi Şuşada dünyaya göz açmış görkəmli şəxsiyyətlərin həyat və yaradıclığı, eləcə də güllələnmiş heykəllərinin aqibəti barədə məlumat verildi. Daha sonra hər küçəsi, hər binası tarix olan qədim Şuşa şəhəri ilə tanışlıq, o cümlədən, Şuşa qalası, Vaqifin muzey-məqbərə komleksi və Cıdır düzünü ziyarəti onlarda xoş və unudulmaz təəssürat yaratdı. Əcnəbi tələbələr qədim Şuşada olmaqdan məmnun qaldıqlarını, şəhərin təbii gözəlliyinin, qeyri-adi relyefinin onlarda böyük maraq doğurduğunu bildirdilər. Gəzintisi zamanı Şuşanın işğalçılar tərəfindən dağıdılmış tarixi abidələrini, mədəniyyət və təhsil ocaqlarını görən tələbələr bu acı mənzərədən heyrətə gəldikərini gizlətmədilər”.

İSAD sədrinin sözlərinə görə “Biz Şuşanın səfiriyik” layihəsinin məqsədi ölkəmizdə təhsil alan əcnəbi tələbələrdə Şuşanın timsalında Azərbaycanın tarixi həqiqətləri barədə canlı təsəvvür yaratmaqdır.

Tədbirdə iştirak edən Elm və Təhsil Nazirliyinin sektor müdiri Müjdət Həsənov, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov çıxış edərək əcnəbi tələbələrə xoş arzularını bildiriblər. Tədbir əcnəbi tələbələrin Cıdır düzündə sülh və dostluğun tərənnümü olaraq Azərbaycan bayrağı ətrafında toplaşması və birlikdə “Biz Şuşanın səfiriyik” şüarını səsləndirməsi ilə başa çatıb.

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm