Sosial
Məşhur klinikada əməliyyat zamanı qazinin sağlam ayağını yandırdılar

Bakıda fəaliyyət göstərən “HB Güven” klinikası məhkəməlik olub.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, tibb müəssisəsini məhkəməyə Vətən müharibəsi qazisi Hüseynov Ülvi Məsum oğlu verib.
İddiaya görə, qazinin “HB Güven”də ayağı amputasiya olunan zaman, digər ayağı əməliyyat zamanı yandırılıb.
Belə ki, iddiaya görə, əməliyyatda qanın qarşısını almaq üçün istifadə olunan cihaz partlayıb və qazinin ayağını yandırıb. Bunun nəticəsində Ü.Hüseynovun bir barmağı da amputasiya olunub.
Əməliyyat tanınmış professor, travmotoloq Çingiz Əlizadənin rəhbərliyi ilə keçirildiyindən, o da məhkəmədə cavabdeh qismində çıxış edəcək.
22 yaşlı qazi məhkəməyə müraciət etməklə maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.
İşə Binəqədi Rayon Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Ülvi Hüseynov ötən ilin aprelində “YAŞAT” fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən qazilər sırasında idi.

-
Qoroskop00:15
Günün ULDUZ FALI: məkrli planın qurbanı ola bilərsiniz
-
Art5 Fevral 23:31
Zeynəb Dostəliyeva VƏFAT ETDİ
-
Art5 Fevral 22:20
Xalq rəssamı Fərhad Xəlilovun oğlu VƏFAT ETDİ
-
Kriminal5 Fevral 22:13
Şəmkirdə toy QANA BOYANDI
-
Magazin25 Fevral 21:13
Ombasına silikon qoydurdu - FOTO
-
Kriminal5 Fevral 20:31
Gədəbəydə DƏHŞƏT: ata iki oğlunu bıçaqladı
-
Magazin25 Fevral 19:31
Evli qadınlar arasında ən gözəli o oldu - FOTO
-
Magazin15 Fevral 18:48
Pərvin Abıyevadan yarıçılpaq FOTOLAR