Sosial
Bakıda görülməmiş hadisə: Restorana qapıdan girib, bacadan çıxdılar - ANBAAN VİDEO
Bakıda ailə restorana qapıdan girib, pəncərədən çıxdı.
Publika.az xəbər verir ki, misli görünməmiş hadisə paytaxtın Xətai rayonunda yerləşən restoranlardan birində qeydə alınıb.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə yanlarında azyaşlı olan kişi və qadının restorana girməsi və bir müddət sonra pəncərədən çıxaraq qaçmaları əks olunub.
Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə obyektinə çevrilib. İlkin məlumata görə, restoran sahibi faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Bakıda restoranda yeyib-içib pəncərədən qaçan ailənin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Şöbəsinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, görüntülərdəki şəxslər müəyyən edilərək Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət ediliblər:
“Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsi ilə protokol tərtib edilib və hər biri 50 manat məbləğində cərimələniblər. Eyni zamanda, həmin şəxslər restorana vurduqları ziyanı da ödəyiblər”.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi










.jpg)
























.jpg)

.jpg)