Sosial
Yanvar ayı bitdi, pensiyalar niyə artırılmadı?

Pensiyaların indeksləşdirilərək artırılmasının fevralın ikinci həftəsinə təsadüf edəcəyi gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, pensiyalar əvvəlki ildə orta aylıq əmək haqqındakı artıma indeksasiya olunur.
“Bu göstərici isə fevral ayının ilk yarısında elan edilir. Ötən ilin ilk 11 ayında Azərbaycanda orta aylıq əmək haqqı 14,6 faiz artıb. Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. Əmək haqqındakı artım faizi əmək pensiyalarının indeksasiyasında istifadə edilən əsas meyardır. Gözlənilir ki, təxminən fevralın 12-dək Dövlət Statistika Komitəsi rəsmi artım rəqəmini elan edəcək və daha sonra indeksləşdirmə ilə bağlı sərəncam imzalanacaq. Bu baxımdan, indeksləşdirmənin yanvarda baş tutmaması heç də pensiyaların artırılmayacağı anlamına gəlməməlidir”, - V.Bayramov qeyd edib.
Millət vəkili əlavə edib ki, sərəncamın fevral ayında imzalanmasına baxmayaraq, pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək:
“2022-ci ilin 11 aylıq yekunları təsdiq edir ki, pensiya məbləğlərində yeni artımlar 15.0 faizə yaxın olacaq. Pensiyaçılara bu ay yanvar üçün hesablanmış artım da ödəniləcək. Mart ayından etibarən isə artırılmış standart aylıq pensiya məbləğini alacaqlar”.
Akqabay

-
Pul10:11
Pulsuz qalmamaq üçün bunu edin - Məşhur maliyyəçidən mühüm tövsiyə
-
Hadisə09:52
Yevlaxda qəza: Avtobusun vurduğu qadınlardan biri öldü, digəri isə...
-
ABŞ07:23
ABŞ banan ölkəsi səviyyəsinə enib - Tramp
-
Ekologiya07:00
Bu gün Bakıda hava necə olacaq?
-
Magazin206:40
Şakiradan ayrılan futbolçu: "Çox xoşbəxtəm"
-
Qoroskop00:07
Bürclər bu gün nə vəd edir? - Hər şey göründüyü kimi deyil!
-
Qarabağ 25 Mart 23:18
Səssiz əməliyyat: Ordumuz bu əraziləri azad etdi
-
Hadisə25 Mart 22:05
Ermənilər İsveç - Azərbaycan oyununda təxribatlara hazırlaşırlar