Sosial
İndiyə qədər elə bilirdiniz ki, polietilen torbalar havayı olub? - Sadəlövh olmayın, bu dünyada...
“İnsanlar düşünürlər ki, marketlərdəki polietilen torbalar bu günə qədər onlara havayı verilirdi? Xeyr, belə deyil. Marketlərdə tavanda yanan lampalardan tutmuş havayı hesab etdiyimiz torbalara qədər hər şeyin xərci satılan məhsullar üzərinə paylanaraq istehlakçılara ötürülür”.
Publika.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

“Maya dəyərinə bunlar daxildir: Məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyəri, həmçinin onların istehsalına və satışına sərf edilən digər məsrəflər daxildir”,- deyə ekspert bildirib .
E.Əmirov bildirib ki, torbanın xərci də, sözügedən hissədə: satışına sərf edilən digər məsrəflərdə gizlənirdi.
“İndi isə bu xərci, sadəcə çek üzərində 3-5 qəpik göstərəcəklər ki, insanlar məsuliyyətli olub, torbalardan lazımlı-lazımsız istifadə edib, təbiətə tullamasınlar. Torbalar nisbətən ekoloji tələblərə uyğun olsun, insanlar da daha səmərəli istifadə etsin. Biz də, bu günə qədər torbanın qiyməti çek üzərində yazılmadığına görə elə bilirdik ki, market sahibi cibindən bizə politilen torba alır. Xeyr, elə şey yoxdur. Sadəlövh olmayın. Bu dünyada yalnız valideynin övladına olan məhəbbəti havayıdır, qalan heç nə havayı deyil”.
Ayşən Rəhim
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO










.jpg)

























.jpg)

.jpg)