Bakı metrosunda yanğın baş verib?
Bizi izləyin

Sosial

Bakı metrosunda yanğın baş verib?

Sosial şəbəkələrdə bu gün “Gənclik” metrosunda yanğın olması ilə bağlı məlumat yayılıb.

Publika.az xəbər verir ki,Qafqazinfo “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb.

Qurum rəsmisi bildirib ki, bu gün metropolitendə hər hansısa bir neqativ hal yaşanmayıb:

“Metrodakı yanğınla bağlı yayılmış xəbər əsassızdır. Dünən Bakı metropoliteninin “Gənclik” stansiyasında sərnişinin əlindən iki kimyəvi təmizləyici vasitə yerə düşdüyü üçün reaksiya nəticəsində alışma baş verib. Bu gün isə qatarların hərəkət qrafikinə ciddi şəkildə əməl olunması da daxil olmaqla metroda neqativ hallar yaşanmayıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm