Sosial
Sarvan Salmanovun kapitan oğluna ŞOK İTTİHAM: 7 ay azadlıqdan məhrum edildi - FOTO
Sosialist Əməyi Qəhramanı, keçmiş SSRİ-nin əməkdar energetiki, Səməd Vurğunun "Muğan" poemasının qəhrəmanı Sarvan Salmanovun oğlu, təqaüddə olan polis kapitanı Eldar Salmanlı qanunsuz torpaq zəbti ittihamı ilə 7 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Publika.az-a Eldar Salmanlı özü məlumat verib.
Onun dediyinə görə, 2006 -cı ildə bütün qaydalara uyğun şəkildə Kür çayı sahilində olan torpaq sahəsini 17 illik müqavilə əsasında icarəyə götürərək orada atasının xatirəsinə bağ salıb. Uzun müddət dostluq münasibətlərində olduğu keçmiş həmkarı, təqaüddə olan polis zabiti ilə münasibətləri pozulduqdan sonra məhz onun ağlasığmaz iddiaları və müraciəti əsasında o və atasının xatirəsi şər, böhtan hədəfinə çevrilib:
"2022-ci ildə nə qədər çalışsalar da qeyri-qanuni torpaq zəbt etdiyim barədə iddialara əsas tapılmadı. Yalnız bu il, aprel ayının 3-də barəmdə məhkəmənin hökmü ilə 7 ay azadlığın məhdudlaşdırılması hökmü çıxarıldı. Təbii ki, apelyasiya şikayəti verəcəm. 26 il polis sistemində çalışan peşəkar zabit və Sarvan Salmanov kimi görkəmli bir insanın övladı olaraq adımın haqq etmədiyi şəkildə hallanmasına imkan verməyəcəm".
Qanunsuz torpaq zəbtində günahkar hesab edilən Eldar Salmanlı sənədlərinin tam qaydasında olduğunu və hətta "zəbt edib" deyildiyi ərazinin yeni qaydalara uyğun şəkildə rəsmiləşdirə biləcəyini bildirib:
"May ayında keçiriləcək hərrəcda məsələ bitmiş olacaq".
Məhşur qəhrəmanın oğlu hələlik bağın giriş darvazasını və atasının şərəfinə yazılmış barelyefi sökmək məcburiyyətində qalıb.
Ehtiram Muradov
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
-
Sosial15 Aprel 17:23Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika15 Aprel 16:29İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı
-
ABŞ15 Aprel 16:08Tramp Pentaqona təcili göstəriş verdi: İrandan sonra hədəf bu ölkədir













.jpg)





















