Sosial
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
Təşəbbüs gənc qadınların sahibkarlıq və startap bacarıqlarının inkişafına yönəlib Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı 2025” sosial layihə müsabiqəsinin qalibləri təşəbbüslərinin icrasını davam etdirirlər. Bu təşəbbüslərdən biri olan “StartHer” layihəsi ilkin seçim mərhələsini uğurla tamamlayaraq icra mərhələsinə keçib.
Layihə Quba rayonunda yaşayan gənc qadınların sahibkarlıq və startap sahəsində bilik və bacarıqlarının inkişafını hədəfləyir. Proqram çərçivəsində 20 gənc qadın üçün startapların qurulması, sahibkarlığın əsasları, maliyyə savadlılığı, komanda işi və effektiv təqdimat bacarıqları kimi aktual mövzuları əhatə edən 8 təlim sessiyası təşkil olunacaq.
Layihə müddətində iştirakçılar əldə etdikləri bilikləri praktik müstəvidə tətbiq edərək komandalar şəklində ideyalarını inkişaf etdirəcəklər. Təşəbbüs may ayında keçiriləcək hakatonla yekunlaşacaq və iştirakçılar hazırladıqları layihələri münsiflər heyətinə təqdim edəcəklər. Qalib komandalar müxtəlif mükafatlarla təltif olunacaqlar.
Layihə İnnovativ İnkişafa Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.
Qeyd edək ki, Azercell-in artıq üç ildir həyata keçirdiyi bu sosial layihə müsabiqəsinin əsas məqsədi qadınların iqtisadi müstəqilliyini dəstəkləməklə ölkənin dayanıqlı inkişafına töhfə verməkdir. Müsabiqənin 2026-cı il üzrə çağırışı avqust ayında elan olunacaq.
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc
-
İqtisadi gündəm09:54Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı
-
Səhiyyə09:00Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi
-
ABŞ08:48ABŞ ordusunda yenilik - Atəş əmri smartfonla veriləcək
-
Ekologiya07:17Bu gün 33 dərəcə isti olacaq
-
Magazin106:16"Özümlə tək qalanda pis oluram"



































