Nərmin sağdır? - Hüquqşünasdan şok açıqlama
Bizi izləyin

Sosial

Nərmin sağdır? - Hüquqşünasdan şok açıqlama

“İlkin Süleymanovun Nərmin Quliyevanı qətlə yetirməsinə dair “etiraf” videosunu dəfələrlə izlədim. Əminliklə deyirəm ki, bu adamın həmin cinayətlə yaxından-uzaqdan əlaqəsi yoxdur”.

Publika.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı deyib.

O bildirib ki, ifadənin yerində yoxlanılması deyə bir məsələ var:

“İlkinin istifadə etdiyi terminlər var ki, bunlar sadə insanların leksikonunda yoxdur. Görüntülərdən də məlum olur ki, adama əvvəlcədən hazırlanmış mətni əzbərlədiblər. Ali təhsilli fizik olması, yaddaş probleminin olmaması ona əzbərlədiyini rahat şəkildə ifadə etməyə imkan verir”.

M.Muradlı deyib ki, peşəkar hüquq psixoloqu hər şey üzə çıxara bilər:

“Təəssüf ki, Azərbaycanda hüquq psixologiya dərsi olsa da, onu hüquqla əlaqəsi olmayan şəxslər keçir. Adi ifadənin yoxlanmasında prosesual pozuntular var. Orada kənar adamların iştirakı istintaqın gedişinə müdaxilə kimi qiymətləndirilməli idi. Məhkəmə prosesini vaxtım olmadığı üçün izləməmişəm. Amma yenə də əminliklə deyirəm ki, yayılan həmin video İlkinin günahsız olduğunu deməyə kifayət edir”.

Hüquqşünas tapılan cəsədin Nərminə aid olduğuna şübhə edir:

“Ortada qətlin olub-olmaması da müəmmalıdır. Ümumiyyətlə, cəsədin Nərminə aid olması da şübhə doğurur. Evin və otağın görüntüsünü verirlər ki, guya Nərmin 40 gün orada qalıb. Bəs qapalı otaqda qalan biri ehtiyaclarını harada ödəyib? Yaxşı, deyək ki, otağa qab gətirib. Sizcə, 40 gün sonra iydən ora daxil olmaq olardı? Çox yox, 1 həftə otaqdan çıxmayan, təbii ehtiyaclarını həmin otaqda ödəyən adamdan da, evdən də üfunət gələrdi. Təmizlənsə də, aylarla o iy otaqdan getməzdi. Lakin prokuror və müstəntiq rahat şəkildə otaqda hərəkət edirdilər. Bunlar çox vacib məsələdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm