Söyüdlü sakinləri nədən narazıdır: Hər şeyi danışdılar - VİDEO
Bizi izləyin

Sosial

Söyüdlü sakinləri nədən narazıdır: Hər şeyi danışdılar - VİDEO

Gədəbəy rayonunun Söyüdlü kəndinin sakinləri kənddə ikinci süni gölün yaradılmasından narazı olduqlarını bildiriblər.

Publika.az xəbər verir ki, sakinlər bu barədə Baku TV-yə danışıblar.

“Üç il əvvəl nazirlik qərar çıxardı ki, bu gölün üstü örtülməlidir. Buna baxmayaraq, ikinci gölü yaratmaq istəyirlər”.

Sakinlər, həmçinin, qeyd ediblər ki, kənddə qurulan süni göl xəstəliklərə səbəb olur:

“Göl qurulandan etiraz etmişik ki, bura kəndlinin mal-qarasının örüş sahəsidir. Ağaclarımızda meyvə yoxdur, cavanlarımızın hamısı xəstəliyə tutulub”.

İki gündür gündəmdə olan bu mövzu ilə bağlı artıq hökumət də hərəkətə keçib. Baş nazir Əli Əsədovun iyunun 21-də imzaladığı sərəncamla Gədəbəyin Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb.

Komissiyaya rayonun Söyüdlü kəndində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını təmin etmək, eləcə də monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Baş verənlərlə əlaqədar Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov da rayonun Söyüdlü kəndinə gedib. Sakinlərlə görüşüb, onların şikayətlərini dinləyib. Kəndin ərazisində süni gölün yaradılmasına etirazla bağlı yaranmış vəziyyəti müzakirə edib. İcra hakimiyyətinin başçısı narazılığın həlli ilə bağlı da kənd sakinləri ilə fikirlərini bölüşüb.

Ətraflı videonu təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm