Sosial
Bütün bunlar müharibədən xəbər verir - Putinin diqqəti Qarabağda
“44 günlük Vətən müharibəsindən sonra imzalanan müqavilə bölgəyə gözlənilən sülhü gətirmədi”.
Publika.az xəbər verir ki, bu sözləri Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib.
O bildirib ki, bütün baş verənlər yeni bir müharibə ehtimalını işə salıb:
“Ermənistan Azərbaycan ərazi bütövlüyünü tanıyıb. Rusiya ilə Azərbaycan arasında problemin həlli prosesinə başlayıb. Bu da regionda balansların dəyişməsinə gətirib çıxarıb. Erməni müxalifəti Rusiyanın dəstəyi ilə hərəkətə keçərək Paşinyanı devirmək istəyəndə Azərbaycan öz ərazisi olan Qarabağı qanuni yolla geri qaytarmaq üçün hərəkətə keçdi. Bu da bölgədə böyük gərginlik yaratdı”.
Politoloq əlavə edib ki, bu prosesdə Paşinyan Rusiyadan qoparaq özünə yeni sığınacaq tapdı:
“Ermənistan Qərb, yəni ABŞ ilə hərbi təlimlərə başlayır. Rusiya həm müxalifətə, həm də Azərbaycana psixoloji təzyiq göstərdiyi halda, Azərbaycan bu mühitdən istifadə edərək Qarabağdakı faktiki vəziyyəti aradan qaldırmağa çalışır. Putin bir tərəfdən Ukrayna böhranı ilə məşğul olarkən, regionu da nəzarətində saxlamaq istəyir. Lakin Qarabağda Ukrayna böhranı kimi böhranın başlayacağından qorxur. Ermənistan-ABŞ hərbi təlimi Putinin bütün diqqətini regiona yönəltdi”.
Aysel Şahmar
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?