Sosial
“Azəriqaz”da iclas keçirildi - Fotolar
SOCAR “Azəriqaz” İstehsalat Birliyində gələcəyə hesablanmış perspektivlər və Birliyin 2023-2026-cı illəri əhatə edən strategiyasının həyata keçirilməsi mövzusunda iclas keçirilib.
Publika.az xəbər verir ki, iclasda Birliyin rəhbər heyəti ilə yanaşı, əməkdaşların geniş tərkibli iştirakı da təmin olunub. Çıxış edənlərin qənaəti bu olub ki, hazırlanan strategiya qaz təsərrüfatı sahəsində effektiv inkişafın təmin edilməsində müsbət rol oynayacaq və bu sahədə daha böyük nailiyyətlərə gətirib çıxaracaq.
Yeni strategiyanı təqdim edən baş direktorun müşaviri Nail Abdullayev Birliyin fəaliyyətinin səmərəliliyini gücləndirmək və Azərbaycanda qaz təchizatının təhlükəsizliyini təmin etmək məqsədilə hazırlanan Strategiyanın cari ilin oktyabr ayından tədbiqinə başlanıldığını bildirib.
Birliyin gələcəyə baxış (vision) və məramı (mission) haqqında məlumat verən müşavir biznes səmərəliliyi, şərtləndirici amillər, tənzimləyici rejim və standartlar olmaqla strategiyanın 3 əsas komponentə söykənəcəyini qeyd edib və bu strategiyanın bir hissəsi olan “Dəyər Yaratma” proqramını da tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirdə struktur bölmələrin rəhbərlərinin təklif və tövsiyələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.



-
Avropa19:00Anadan türkürpədən cəza üsulu - Altı yaşlı qızını məcbur edib ki...
-
Sosial17:42Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika16:20İlham Əliyev fərman imzaladı
-
Region15:24Ermənistanda bu kəndlərdə məktəblər bağlanır, əvəzində avtobuslar olacaq
-
Nida Xəbər 15:18Azərbaycanda 2 yeni institut YARADILDI - RƏSMİ
-
İdman14:16Oktaqonların gözəlindən qaynar - FOTOLAR
-
İdman13:16Ronaldo və Messi yenidən üz-üzə: DÇ-2026-nın dörddəbir finalında qarşılaşa bilərlər
-
Hadisə13:09Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı

































.jpg)

