Dünya
"Epşteyn adası"nda gərginlik: Ərazinin yeni sahibi və çağırılmamış qonaqlar
Karib dənizində yerləşən və əvvəllər ABŞ-li maliyyəçi Ceffri Epşteynə məxsus olan Litl-Sent-Ceyms adasının yeni sahibi əraziyə gizlicə daxil olmağa çalışan çağırılmamış qonaqlarla mübarizə aparır.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, adaya girməyə cəhd edənlərin bəziləri Epşteynin hələ də sağ olduğuna inanır, digərləri isə "bədheybətlərlə vuruşmaq" niyyətindədir. Adanın yeni sahibi olan milyarder Stiven Dekoffun işçiləri "bəzən vəziyyəti öz əllərinə alırlar".
"Son ziyarətçilərdən birinin soyundurulduğu, əl və ayaqlarının bağlandığı iddia edilir. Görünür, digər bir şəxs isə polis əməkdaşlarının yanında skoçla bağlanaraq döyülüb", - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, fevvralın 15-də ABŞ Ədliyyə Nazirliyi Epşteynin işi üzrə sənədlərin dərci prosesini yekunlaşdırıb. Baş prokuror istintaq materiallarında adları keçən 300 məşhurun adını açıqlayıb. Onların arasında Donald Tramp, Obama və Klinton ailələri, Bill Qeyts, İlon Mask, Kurt Kobeyn və Kim Kardaşyan da var. Ədliyyə Nazirliyi vurğulayır ki, siyahıda adın hallanması hər hansı bir ittiham və ya qanunsuz hərəkətin sübutu demək deyil. (Oxu.az)
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!
-
ABŞ26 İyun 20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin226 İyun 19:51Kadir İnanır vəfat etdi
-
Region26 İyun 19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə26 İyun 18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya26 İyun 18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq
-
Nida Xəbər 26 İyun 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO














.jpg)

.jpg)







.jpg)

.jpg)








