Sosial
Azərbaycanda özəl pensiya fondu yaradılır - VİDEO
Özəl pensiya fonduna ödəniş könüllü olacaq.
Publika.az xəbər verir ki, bu fikri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.
Belə ki, vətəndaş məcburi sosial sığorta haqqı ilə yanaşı, belə fonda da vəsait ödəyə bilər. Bəs özəl pensiya fondları əhaliyə nə qazandıracaq?
İqtisadçı Xalid Kərimli isə bildirib ki, özəl pensiya fondu işləyən şəxslər üçün nəzərdə tutulub:
“Burada işləyən şəxslərin əlavə pensiya təminatının formalaşmasından söhbət gedir. Bu fondun maliyyə mənbəyi işləyən şəxsin könüllü surətdə öz əməkhaqqısından əlavə ödənişləri əsasında formalaşacaq. Burada məcburilik yoxdur. Fond həmin pulları risksiz dövlət sənədlərinə yatıracaq. Vətəndaş təqaüdə çıxanda artıq dövlətin kəsdiyi pensiyadan əlavə vəsait almaq imkanlarına malik olacaq”.
İqtisadçı Rəşad Həsənov hesab edir ki, qanunun hazırlanması hələ özəl fondun yaradılacağı demək deyil. Onun sözlərinə görə, ölkədə özəl pensiya fondlarının yaradılması üçün şərait formalaşmayıb.
Ətraflı Baku TV-nin süjetində:
-
Magazin120:00"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Ekologiya19:55Nazirlikdən hava ilə bağlı ƏHALİYƏ MÜRACİƏT
-
Sosial19:12Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Ekologiya18:24Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Rəsmi xronika17:16Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:38“Mənim qızımı niyə gətirməmisən, görərdim” - Video
-
Rəsmi xronika15:09Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir - İlham Əliyev
-
Qoroskop15:00Kişilər bu bürclərin qadınlarına "yox" deyə bilmirlər




































